<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Rəbb İsam, tərk etmə məni,
 Zəifəm mən, yoxdur gücüm,
 Kömək et tanıyım Səni, heç yerdən yoxdur ümidim.

[C1]
   Sənsiz olsam, öləcəyəm iblisə əsir olaraq,
   Çıraq kimi sönəcəyəm Səndən uzaqda qalaraq.

[V2]
 Mən bilirəm, rəhmlisən, əfv edirsən günahkarı,
 Gücün çatır, dirildirsən ölümə məhkum olanı.

[V3]
 Önündə durub sevinim, salehlik paltarı geyim,
 Axı Allahımsan mənim, Sənə «Haleluya» deyim.

[C2]
   İstərəm əhd edim Sənlə, Ruhunu ver, mən də alım,
   Allahımsan deyim Sənə, həmişə Səninlə olum.</lyrics>
<title>Rəbb İsam, tərk etmə məni İL511</title>
<hymn_number>511</hymn_number>
</song>